667c59eb4424a667c59eb4424b1719425515667c59eb44248667c59eb44249

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin oyunları bu gün başa çatacaq.

Globalinfo.az xəbər verir ki, III turun son görüşləri E və F qruplarında keçirilir.

E qrupunda Slovakiya və Rumniya komandaları Frankfurt şəhərində üz-üzə gəlib. Tərəflər hərəyə 1 qol vurub.

Qrupun digər matçında Belçika və Ukrayna komandaları qarşılaşıb. Ştutqart şəhərində keçirilən görüşdə hesab açılmayıb.

26 iyun
AVRO-2024
E qrupu, III tur
20:00. Slovakiya – Rumıniya 1:1
Qol: Duda, 24 – Marin, 37
Baş hakim: Daniel Siebert (Almaniya).
“Frankfurt Arena”.
20:00. Ukrayna – Belçika 0:0
Baş hakim: Entoni Teylor (İngiltərə).
Ştutqart, “MHP Arena”.
Bu nəticələrə əsasən, Ukrayna yığması qrupdan çıxa bilməyib.

Paylaş: