Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin rəisi polkovnik Rəşad Babayev vəzifəsindən azad edilib.
Globalinfo.az “Unikal”a istinadən xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.
Hazırda MN-nin Maliyyə-Büdcə idarəsinin rəisi vəzifəsini rəis müavini Vüqar İbrahimov icra edir.
Qeyd edək ki, Rəşad Babayev bu vəzifəyə 2024-cü ildə təyinat almışdı.