Zakir Həsənov müasir silah və döyüş texnikası nümunələrini izlədi – FOTOLAR


Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Misir Ərəb Respublikasına səfəri davam edir.

Bu barədə Globalinfo.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

“EDEX 2023” beynəlxalq müdafiə sərgisində iştirak edən general-polkovnik Z.Həsənov İtaliya Respublikasının “Leonardo” şirkətinin, eləcə də Misirin “ARMADA” və “AOI” şirkətlərinin stendlərində təqdim edilən müasir silah və döyüş texnikası nümunələrini maraqla izləyib.

Sərgidə müxtəlif ölkələrin şirkətləri istehsal etdikləri hərbi təyinatlı məhsullar barədə ziyarətçilərə ətraflı məlumatlar veriblər.

***17:24

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Misir Ərəb Respublikasının müdafiə nazirinin dəvəti ilə “EDEX 2023” sərgisində iştirak etmək üçün bu ölkədə səfərdədir.

Globalinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

General-polkovnik Z.Həsənov dekabrın 4-də “EDEX 2023” beynəlxalq müdafiə sərgisinin təntənəli açılış mərasimində iştirak edib.

Müdafiə naziri “EDEX 2023” beynəlxalq müdafiə sərgisində nümayiş etdirilən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinə, eləcə də Türkiyə Respublikasının “TUSAŞ”, “ROKETSAN”, “ASELSAN”, “SARSILMAZ”, “CANİK”, “BAYKAR” şirkətlərinə məxsus silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov şirkət rəhbərləri ilə görüşüb.

Görüşlərdə hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı müzakirələr aparılıb.

Zakir Həsənov Misirdə "EDEX 2023" beynəlxalq müdafiə sərgisinin açılışında iştirak edibZakir Həsənov Misirdə "EDEX 2023" beynəlxalq müdafiə sərgisinin açılışında iştirak edibZakir Həsənov Misirdə "EDEX 2023" beynəlxalq müdafiə sərgisinin açılışında iştirak edibZakir Həsənov Misirdə "EDEX 2023" beynəlxalq müdafiə sərgisinin açılışında iştirak edibZakir Həsənov Misirdə "EDEX 2023" beynəlxalq müdafiə sərgisinin açılışında iştirak edib