Paşinyan yeni müharibə başladacaq: 3 hədəfi var – Zakaryan

“Nikol Paşinyanın yeni planı var: müharibə olacaq və Ermənistan faciəvi itkilər verəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan deyib.

O, baş nazirin yeni müharibəni başlatmaqda 3 hədəfinin olduğunu iddia edib:

“Hədəf ərazi Sünikdir (Zəngəzur – red.). Dəhlizin açılması planlaşdırılır. Digər məqsəd isə Rusiya və İranın regionda mövqeyini zəiflətməkdir.

Müharibə olacaq, sonra Paşinyan son anda Ermənistanı xilas edirmiş kimi gizlicə daha bir kapitulyasiya imzalayacaq və yeni itkilər verəcəyik”.

Ayşən Mustafa
Globalinfo.az