Yoluxanların və peyvənd olunanların sayı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 187 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 81, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 61, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 8 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 951 052, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 404 920, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879 396, üç və daha çox doza vaksin vurduranların sayı 3 400 992, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 744 təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

X X X

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 45 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, sutka ərzində koronavirusdan 4 nəfər ölüb.

COVID-19-a yoluxmuş 19 nəfər sağalıb.

İndiyədək ölkədə ümumilikdə 828 870 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 516 nəfər müalicə olunaraq sağalıb, hazırda 212 aktiv xəstə var. Bu günə qədər 10 142 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 808, bu günə qədər isə ümumilikdə 7 538 679 test icra olunub.

Azərbaycanda daha 45 nəfər COVID-19-a yoluxub, 4 nəfər vəfat edib