Yoluxanların və peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə alaraq sağalıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan vəfat edən olmayıb.

X X X

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 89 vaksin vurulub.

Globalinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci doza üzrə 50, ikinci doza üzrə 10 vaksin vurulub. Üç və daha çox doza üzrə vaksinasiya olunanlar sayı 24 nəfərdir. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 5 nəfər təşkil edib.