Yoluxanların və peyvənd olunanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən yoxdur.

Azərbaycanda indiyədək ümumilikdə 831 929 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 608 nəfər müalicə olunaraq sağalıb, 10 282 nəfər vəfat edib, aktiv xəstə sayı 39 nəfərdir.

Ölkədə son sutka ərzində 791, hazırkı dövrədək isə 7 640 803 test aparılıb.

Azərbaycanda daha 11 nəfər COVID-19-a yoluxub

X X X

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 75 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 45, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 14, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 4 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 966 766, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 412 018, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 061, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 408, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 279 nəfər təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb