Yoluxanların və peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 76 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 51, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 17, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 966 471, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 864, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 035, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 305, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 267 nəfər təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

X X X

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 902 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 600 nəfər müalicə olunaraq sağalıb, 10 282 nəfər vəfat edib, aktiv xəstə sayı 20 nəfərdir.

Ölkədə son sutka ərzində 1 131, hazırkı dövrədək isə 7 638 486 test aparılıb.

Azərbaycanda daha 6 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib