Yoluxanların və peyvənd olunanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19-dan ölüm halı qeydə alınmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 598 nəfər müalicə olunaraq sağalıb, 10 281 nəfər vəfat edib, aktiv xəstə sayı 11 nəfərdir.

Ölkədə son sutka ərzində 615, hazırkı dövrədək isə 7 636 539 test aparılıb.

Azərbaycanda daha 1 nəfər COVID-19-a yoluxub

X X X

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 10, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 2 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 966 350, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 794, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 014, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 280, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 262 nəfər təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb