Yoluxanların və peyvənd olunanların sayı açıqlandı

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 888 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 593 nəfər müalicə olunaraq sağalıb, 10 281 nəfər vəfat edib, aktiv xəstə sayı 14 nəfərdir.

Ölkədə son sutka ərzində 922, hazırkı dövrədək isə 7 635 681 test aparılıb.

Azərbaycanda daha 4 nəfər COVID-19-a yoluxub

X X X

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 9, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 4 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 966 319, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 783, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 006, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 270, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 260 nəfər təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb