Yoluxanların və peyvənd olunanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 878 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 579 nəfər müalicə olunaraq sağalıb, 10 280 nəfər vəfat edib, aktiv xəstə sayı 19 nəfərdir.

Ölkədə son sutka ərzində 857, hazırkı dövrədək isə 7 630 905 test aparılıb.

X X X

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 58 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 25, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 966 126, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 685, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 883 970, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 224, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 247 nəfər təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb