Yoluxanların və peyvənd olunanların sayı açıqlandı

 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 873 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 572 nəfər müalicə olunaraq sağalıb, 10 280 nəfər vəfat edib, aktiv xəstə sayı 21 nəfərdir.

Ölkədə son sutka ərzində 678, hazırkı dövrədək isə 7 629 576 test aparılıb.

Azərbaycanda daha 4 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

X X X

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 62 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3, üç və daha çox doza vaksin vurduranların sayı 19, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 966 025, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 634, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 883 957, üç və daha çox doza vaksin vurduranların sayı 3 404 189, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 245 təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb