Yoluxanların və peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 15 yeni yoluxma faktı qeydə alınıb, 16 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 849 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 516 nəfər müalicə olunaraq sağalıb, 10 274 nəfər vəfat edib, aktiv xəstə sayı 59 nəfərdir.

Ölkədə son sutka ərzində 936, hazırkı dövrədək isə 7 623 270 test aparılıb.

Azərbaycanda daha 15 nəfər COVID-19-a yoluxub

X X X

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 55 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14, üç və daha çox doza vaksin vurduranların sayı 21 nəfərdir. Pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya vurulmayıb.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 965 701, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 492, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 883 877, üç və daha çox doza vaksin vurduranların sayı 3 404 098, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 234 təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb