Yoluxanların və peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 179 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 110, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 44, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 3 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 964 723, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 367, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 883 651, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 403 490, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 215 nəfər təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

X X X

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 14 yeni yoluxma faktı qeydə alınıb, 11 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 803 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 442 nəfər müalicə olunaraq sağalıb, 10 273 nəfər vəfat edib, aktiv xəstə sayı 88 nəfərdir.

Ölkədə son sutka ərzində 659, hazırkı dövrədək isə 7 616 735 test aparılıb.

Azərbaycanda daha 14 nəfər COVID-19-a yoluxub