Yoluxanların və peyvənd olunanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 32 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb

Azərbaycanda indiyədək ümumilikdə 831 780 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 420 nəfər müalicə olunaraq sağalıb, 10 273 nəfər vəfat edib, aktiv xəstə sayı 87 nəfərdir.

Ölkədə son sutka ərzində 1 235, hazırkı dövrədək isə 7 614 928 test aparılıb.

Azərbaycanda daha 32 nəfər COVID-19-a yoluxub

X X X

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 167 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 24, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 127, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 13, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 3 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 964 344, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 320, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 883 473, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 403 341, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 210 nəfər təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb