Yoluxanların və peyvənd olunanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 10 yeni yoluxma faktı qeydə alınıb, 16 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 716 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 367 nəfər müalicə olunaraq sağalıb, 10 271 nəfər vəfat edib, aktiv xəstə sayı 78 nəfərdir.

Ölkədə son sutka ərzində 828, hazırkı dövrədək isə 7 609 770 test aparılıb.

Azərbaycanda daha 10 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

X X X

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 211 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 56, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 130, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 22, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 3 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 963 811, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 187, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 883 154, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 403 269, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 201 nəfər təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb