Yoluxanların və peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 205 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 120, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 30, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 3 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 962 017, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 410 848, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 882 022, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 402 979, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 168 nəfər təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

X X X

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 46 yeni yoluxma faktı qeydə alınıb, 61 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 5 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 460 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 820 953 nəfər müalicə olunaraq sağalıb, 10 250 nəfər vəfat edib, aktiv xəstə sayı 257 nəfərdir. Ölkədə son sutka ərzində 1 471, hazırkı dövrədək isə 7 593 644 test aparılıb.

Azərbaycanda daha 46 nəfər COVID-19-a yoluxub, 5 nəfər vəfat edib