Yoluxanların və peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

Bu barədə Globalinfo.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 957 429, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 408 896, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 880 206, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 402 299, pozitiv nəticədən sonra buster doza olunanların sayı 266 028 təşkil edir.

Azərbaycanda son sutkada COVID-19 əleyhinə peyvənd vurulmayıb

X X X

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 7 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Globalinfo.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

Azərbaycanda daha 7 nəfər COVID-19-a yoluxub