Yoluxanların və peyvənd olunanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 853 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 530 nəfər müalicə olunaraq sağalıb, 10 275 nəfər vəfat edib, aktiv xəstə sayı 48 nəfərdir.

Ölkədə son sutka ərzində 830, hazırkı dövrədək isə 7 624 100 test aparılıb.

Azərbaycanda daha 4 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

X X X

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 57 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 20, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 3 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 965 758, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 507, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 883 896, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 118, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 237 nəfər təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıbA