Yoluxanların və peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 188 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 42, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 116, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 28, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 2 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 964 177, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 296, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 883 346, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 403 328, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 207 nəfər təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

X X X

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 748 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 403 nəfər müalicə olunaraq sağalıb, 10 273 nəfər vəfat edib, aktiv xəstə sayı 72 nəfərdir.

Ölkədə son sutka ərzində 1 274, hazırkı dövrədək isə 7 613 693 test aparılıb.

Azərbaycanda daha 13 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib