Yoluxanların və peyvənd olunanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 735 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 386 nəfər müalicə olunaraq sağalıb, 10 272 nəfər vəfat edib, aktiv xəstə sayı 77 nəfərdir.

Ölkədə son sutka ərzində 714, hazırkı dövrədək isə 7 612 419 test aparılıb.

Azərbaycanda daha 3 nəfər COVID-19-a yoluxub

X X X

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a məlumat verilib.

Vurulan vaksinlərin ümumi sayı 13 963 989, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 254, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 883 230, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 403 300, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 205 nəfər təşkil edir.