Yola qum səpən maşın qəzaya düşdü: yaralanan var

Goranboyda yola qum səpən maşın qəzaya düşüb.

Globalinfo.az Unikal-a istinadən xəbər verir ki, hadisə Rəhimli-Səfikürd yolu istiqamətində baş verib. Qarlı yollara qum səpən yol idarəsinə məxsus yük maşını bir başqa avtomobillə toqquşub.

Qəza nəticəsində yol idarəsinin 1993-cü il təvəllüdlü əməkdaşı Əfqan Həbib oğlu Qafarov çoxsaylı bədən xəsarətləri alıb.

Bud nayihəsi də sınan yol işçisi xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.