“Yello Bank”ın filial müdiri müştərinin çənəsini sındırdı

Screenshot 20250313 212421 1
“Yelo Bank”ın “Elmlər” filialında filial müdiri müştərini döyərək çənəsini sındırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı tanınmış vəkil Aqil Layıc Feysbuk səhifəsində paylaşıb.

Vəkil qeyd edib ki, filial müdiri Vüqar Rəhman oğlu Mirzəzadə xidmətin gecikməsinə etiraz edən müştərini döyüb:

“Müdir əvvəlcə müştəriyə “bas bayıra” deyib. Sonra döyərək çənəsini sındırıb. Bu qədər qudurğan adamı hələ də filial müdiri kimi saxlayırsınız?” – deyə vəkil qeyd edib.

Qeyd edək ki, insidentlə bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi açılıb.