
Şamaxıda baş verən qətlin bəzi təfərrüatları bəlli olub.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə qısqanclıq zəminində rayonun “Yeddi günbəz” qəbiristanlığında baş verib.
Belə ki, 1984-cü il təvəllüdlü Şamaxı sakini Hidayətov Vüsal Mobil oğlu həyat yoldaşı Hidayətova Sevda Aslan qızını qəbiristanlığa aparıb və çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib.
Vüsal Hidayətov hadisəni törətdikdən sonra polisə könüllü təslim olub.
Hazırda faktla bağlı araşdırma aparılır.
***16:13
Şamaxıda qətl törədilib.
Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Şamaxı şəhərindəki “Yeddi Gümbəz” qəbiristanlığında baş verib.
1996-cı il təvəllüdlü Sevda Hidayətova orada kəsici alətlə qətlə yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı 1984-cü il təvəllüdlü Vüsal Hidayətov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.