Yaponiyalı zəlzələ ekspertindən qorxunc İstanbul proqnozu: “Bir həftə sonra…”

“Zəlzələ gəlir. Bir il sonra, bir ay, hətta bir həftə sonra ola bilər. Riskin ən böyük olduğu bölgələr Atatürk Hava limanı, Zeytinburnu, Küçükçekmece, Avcılar, Büyükçekmece və Fatih tərəfdə də yumşaq torpaqlar var”.

Globalinfo.az xəbər verir ki, bunu yaponiyalı zəlzələ eksperti Yoşinori Morivaki “CNN Türk” televiziyasına müsahibəsində bildirib.

Hazırda ekspertlər 7 baladək böyük Mərmərə zəlzələsi ehtimalından danışırlar. Morivaki isə 7.6-7.9 bal gücündə zəlzələ proqnozlaşdırır.

Həmin ərazilərin niyə risk altında olmasına gəlincə, Morivaki 1999-cu il zəlzələsində həmin ərazilərin daha çox ziyan gördüyünü bildirib.
Ətraflı

“Hatayda durum pisdir, niyə? Torpaq yumşaq olduğu üçün. Bu binalar bir-birinə yapışıb və hamısı 2000-ci ildən öncə tikilib. Bu binalara çox ziyan dəyəcək”, – Morivaki söyləyib.

Xatırladaq ki, bu ilin fevralında Türkiyənin cənub-şərqini silkələyən zəlzələdə azı 50 min nəfər həyatını itirib.