Ölkədə sirli virus yayılıb: “Müalicə etmək olmur” – AÇIQLAMA

Son günlər insanlar arasında mənşəyi bilinməyən viruslar yayılıb. Bu viruslar özünü daha çox hərarətin yüksəlməsi, halsızlıq, öskürək, burun tutulması ilə büruzə verir. Xəstəxanalara müraciət edən pasiyentlər bu virusun müalicəyə də tabe olmadığını bildirirlər.

Bəs tüğyan edən xəstəliyin qarşısını necə almaq olar?

Dövlət hansı addımları atmalıdır?

Mövzunu Globalinfo.az-a şərh edən Azərbaycan Tibb Universitetinin dosenti, fizioloq, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov deyib ki, insanlar özlərini qorumalıdırlar.

Rəşid Mahmudov danışdı: “Doğum günümü keçirmirəm, çünki şəhidlərimiz var” - Günün Səsi

Rəşid Mahmudov

Onun sözlərinə görə, qrip qorxulu xəstəlik deyil:

“Qripdən heç kim ölmür. Bu xəstəlik qorxulu deyil. Sadəcə, vaxtında müalicə olunmaq lazımdır.

Bundan başqa, gigiyena qaydalarına əməl etmək zəruridir”.

Millət vəkili Aqil Abbas bildirib ki, virusdan qurtulmağın yeganə yolu zamanında vaksin vurdurmaqdır:

Aqil Abbas

“Biz uşaq olanda məkdəbdə vaksin vurardılar. İndi çoxu vaksinasiyadan qorxur. Anlayıram, həmin preparatlar başqa ölkədən gəlir, təhlükəli ola bilər, amma bir neçə milyon vaksinin hamısı da ölümcül olası deyil. Lakin vaksinsiz də alınmır.

Dövlət vaxtında üstünə düşdü deyə, koronavirusu ötüşdürə bildik. Bu xəstəliyin qarşısını almaq üçün də iynə vurdurmalıyıq. Vaxtında uşaqlara peyvəndlər vurulmadığına görə bu gün xəstəliklər həm geniş yayılır, həm də ağır keçirilir”.

Zaira Akifqızı
Globalinfo.az