
Martın 23-ü saat 17:00-a olan məlumata əsasən, ölkə ərazisinin əksər bölgələrində fasilələrlə yağıntılı və küləkli hava şəraiti davam edir.
Bu barədə Globalinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında, həmçinin Qobustan, Yevlax, Lerik və Yardımlıda yağış müşahidə olunur.
Şahdağ, Quba, Qusar, Xaltan, Xınalıq, Şəki və Şahbuzda arabir qar yağır.
Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin sürəti arabir Qəbələdə 30 m/s, Göyçayda isə 16 m/s-dək güclənib.
***11:11
Martın 23-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər bölgələrində fasilələrlə yağıntılı və küləkli hava şəraiti davam edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Belə ki, düşən yağıntının miqdarı Lənkəran və Astarada 15, Cəlilabadda 8, Zaqatala və Balakəndə 6, Sabirabad, Tovuz, Tərtər, Ağstafa, Lerik, Zərdab, Xocalı, Qax, Şəki, Qəbələ, Biləsuvar, Füzuli, Ceyrançöl, Şəmkir, Naftalan, Gəncə, Yardımlı, Altıağac, Quba, Mingəçevir, Yevlax, Göyçay, Beyləqan, İmişli, Kürdəmir, Neftçala, İsmayıllı, Biləsuvar, Yardımlı, Ağdam, Oğuz, Qobustan, Culfa, Ordubad, Sədərək, Bərdə, Goranboy və Şahbuzda 5, Bakıda və Abşeron yarımadasında 2 mm-dir.
Kəlbəcər, Laçın, Şuşa, Daşkəsən, Gədəbəy, Göygöl, Xaltan və Qusarda (Laza) isə qar yağıb. Bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin sürəti arabir Şahdağda 20 m/s, Goranboyda 19 m/s, Naftalanda 18 m/s, Bakıda və Abşeron yarımadasında 17 m/s-dək güclənib.
Daşkəsən, Göygöl, Xaltan, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Göyçay, Lerik, Qax, Şəki, Balakən, Zaqatalada duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında eləcə də Aran rayonlarında 7, Naxçıvan MR-da 2 dərəcəyədək isti, dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.