Yadplanetlilərin cəsədləri ictimaiyyətə təqdim edildi – VİDEO

Meksikanın paytaxtı Mexikoda iki yadplanetli cəsədinin ictimaiyyətə təqdimat mərasimi keçirilib.

Globalinfo.az xəbər verir ki, təqdimat jurnalist, ufoloq Xayme Maussanın rəhbərliyi ilə təşkil olunub.

Perunun Kusko şəhərində tapıldığı deyilən cəsədlərin üzərində araşdırma aparıldığı və onların Yer planetinə aid olmadığı bildirilib. Min illik cəsədlərin mədən qazıntıları zamanı tapıldığı deyilib.

Təqdimatda ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş pilotu Rayan Qreyvs də iştirak edib.

Yadplanetlilərə məxsus olduğu iddia edilən cəsədlərin tam görüntülərini təqdim edirik:

Image Image

Ayşən Mustafa
Globalinfo.az