azerbaycan turkiye bayragi

Azərbaycan Xarici İşlər Nazirliyi X hesabında Türkiyəni 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı münasibətilə təbrik edib.

Globalinfo.az-ın xəbərinə görə, paylaşımda qeyd olunub ki, Mustafa Kamal Atatürkün uşaqlara ithaf etdiyi bu gün sülhün, dostluğun və gələcəyə ümidin rəmzi kimi xüsusi əhəmiyyət daşıyır.

Bildirilib ki, Azərbaycan və Türkiyə arasında “bir millət, iki dövlət” prinsipi əsasında qurulan qardaşlıq və strateji müttəfiqlik münasibətləri ortaq tarix, mədəniyyət və dəyərlər üzərində daha da möhkəmlənir.

XİN qardaş Türkiyəyə sülh, rifah və davamlı inkişaf, bütün uşaqlara isə sağlam və xoşbəxt gələcək arzulayıb.

1514945

Paylaş: