Azərbaycan və Ermənistan XİN rəhbərlərinin təxirə salınan görüşünün yenidən keçirilməsi istiqamətində müvafiq iş aparılır.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

O qeyd edib ki, görüşün yaxın zamanlarda baş tutacağı gözlənilir.

Onun sözlərinə görə, bir qayda olaraq, görüşün dəqiq tarixlərinin əlaqələndirməni həyata keçirən təşkilatçı ölkə tərəfindən elan edilməsi təcrübəsi mövcuddur.

Paylaş: