Xəzərdə bir gündə üçüncü dəfə zəlzələ oldu

Xəzər dənizində gün ərzində üçüncü dəfə zəlzələ olub.

Bu barədə Globalinfo.az -a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Məlumata görə, yerli vaxtla saat 18:49-da Xəzər dənizində 3.3 maqnitudalı zəlzələ qeydə alınıb.

***

Xəzər dənizində 3,2 maqnitudada ikinci zəlzələ qeydə alınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

***13:19

Xəzər dənizində 3,4 maqnitudada zəlzələ qeydə alınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

Məlumata görə, zəlzələ ocağı 11 km dərinlikdə yerləşib.