Xəstəxana “təxliyə” çağırışından bir gün sonra vuruldu” – BMT-dən diqqət çəkən açıqlama

“Xəstəxana “təxliyə” çağırışından bir gün sonra vuruldu. Bunu düşünmək belə dəhşətlidir”.

Globalinfo.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının ( BMT ) Humanitar Məsələlər və Təcili Yardım üzrə Koordinatoru Martin Griffiths, İsrailin Qəzzada Əl-Əhli Baptist Xəstəxanasına hücumu ilə bağlı verdiyi açıqlamada, İsrail hakimiyyətinin xəstəxananı boşaldın xəbərdarlığından bir gün sonra vurulduğuna diqqət çəkib.

BMT Təhlükəsizlik Şurasında Qəzzadakı vəziyyətlə bağlı fövqəladə sessiya keçirilib.

Qahirədən video konfrans vasitəsilə görüşə qoşulan Griffiths, “Mən təkcə son 11 günün vəhşiliyinə deyil, həm də önümüzdəki günlərdə qarşılaşacağımız narahatlığa diqqət edirəm” deyib.

Griffiths, Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, Qəzzadakı əl-Əhli Baptist Xəstəxanasının İsrail rəsmilərinin təxliyə çağırışı etdiyi 20 xəstəxanadan biri olduğunu bildirib.

“Təxliyyə edin” çağırışının ertəsi günü xəstəxanaya zərbələr endirilib. Bunu fikirləşmək belə qorxuncdur”. Griffiths təhlükəsizlik problemləri səbəbindən xəstəxananı boşaltmağın mümkün olmadığını bildirib.

Griffiths, hücum zamanı “maksimum tutumda” olan xəstəxanada uşaq və qadınların da olduğu çoxlu xəstənin olduğunu bildirib.

Köçkünlərin də xəstəxanaya sığındığını deyən Griffiths, bu insanların gedəcək başqa yerlərinin olmadığına diqqət çəkib.

Xəstəxanaya hücumun münaqişənin dinc sakinlərə dəhşətli təsirinin nümunəsi olduğunu bildirən Griffiths, 2014-cü ildə baş verən və 7 həftə davam edən münaqişədə insan itkisindən çox itki olduğunu vurğulayıb.

Oktyabrın 7-dən bu yana Qəzzada 28 tibb işçisinin öldüyünü, 23-nün isə yaralandığını bildirən Qriffits BMT-nin bölgəyə köçürmək üçün humanitar yardım ləvazimatlarının olduğunu, lakin hələ də Qəzzaya humanitar yardımın çatmadığını bildirib.