Xankəndiyə Bakı ilə “danışıqlar”a gələcəkdi, “yolda qaldı”

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan Azərbaycanın rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazisindəki separatçı-terrorçu rejimin “xarici işlər naziri” təyin olunmayacaq.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Past” qəzeti öz mənbələrinə istinadən yayıb.

Qəzet bu qərarın səbəbini açıqlamayıb.

Qeyd edək ki, Azərbaycanın rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazisində məskunlaşmış separatçıların lideri Arayik Arutyunyan bundan öncə eyni anda 9 “naziri” istefaya göndərmişdi. Bundan sonra mətbuat məhz Oskanyanın Qarabağa gətiriləcəyi və Vardanyanın “kabinet”ində yer alacağı haqqında məlumat yaymışdı. Bununla yanaşı, Oskanyanın Bakı ilə “danışıqlar”da Xankəndinin əsas “təmsilçi”si olacağı da iddialar sırasında yer alırdı.

İlkin
Globalinfo.az