Araikə Moskvada verilən gizli tapşırıq: Kreml kartları dağıdır, yeni oyun qurur – ŞOK

Xankəndidəki seperatçı rejimin saxta “dövlət naziri” Ruben Vardanyan yoxa çıxıb.

Globalinfo.az xəbər verir ki, fevralın 7-də Xankəndini tərk edib Moskvaya uçan Vardanyandan indiyə qədər heç bir xəbər yoxdur.

Üstəlik, Vardanyanın Moskva səfəri ilə bağlı Arutyunyan başda olmaqla, bütün separatçılar səssizlik nümayiş etdirirlər.

Digər tərəfdən isə Paşinyan və onun komandasının parlamentdəki aktivliyi, “Ermənistanı Qarabağa qurban verməyəcəyik” tezisini populyarlaşdırması Vardanyanın səssizliyini pozmasına səbəb olmayıb. Maraqlıdır ki, separatçıların nümayəndəsi əvvəllər bu cür vəziyyətləri fürsət bilərək situasiyanı öz təbliğatını artırmaq üçün istifadə etsə də, indi hətta komandası da səssizliyini qorumaqda davam edir.

Diqqət çəkən məqam son zamanlar İrəvandan səsləndirilən bəyanatlara separatçıların reaksiya verməkdən çəkinməsidir. Xüsusilə bu vəziyyət Araik Arutyunyanın Moskvadan qayıtmasından sonra güclənib. Məhz bu məqam Moskvada separatçıların “lider”inə verilən tapşırıqları gündəmə gətirib. Görünən odur ki, Kremldə separatçıların liderindən çıxışlarında ehtiyatlı olması tələb edilib. Bu isə Moskvada separatçıların Bakının təzyiqləri qarşısında geri çəkilməyin lazım gəldiyi fikrinin dominant olmadığını təxmin etməyə imkan yaradır. Belə bir vəziyyətdə Vardanyanın hələ Moskvadan geri dönməməsi və səssizliyini qorumağa davam etməsi bu ehtimalları artırıb.

Qeyd edək ki, Vardanyan fevralın 7-dən Qarabağda deyil. O, Rusiya sülhməramlılarının vasitəsilə gizli şəkildə Xankəndini tərk edib. Ermənistan mətbuatı isə Vardanyanın Qarabağı Moskvanın göstərişi ilə tərk etdiyini və geri qayıtdıqdan sonra istefaya göndəriləcəyini bildirib.

İlkin Həsənov
Globalinfo.az