Xankəndidə təşviş başladı: separatçılar Volkovu təhdid edir

Azərbaycanın rus sülhməramlarının müvəqqəti nəzarətində olan ərazisində məskunlaşmış separatçı-terrorçu rejimin “deputat”ları ilə Rusiya sülhməramlılarının komandanı Andrey Volkov arasında “görüş” baş tutub.

Globalinfo.az xəbər verir ki, bu məlumatı separatçıların nümayəndəsi Artur Arutyunyan yayıb.

O, görüşün detalları haqqında məlumat verməyib. İddialara görə, Bakının son addımları separatçı rejimdə böyük qorxu yaratdığı üçün onlar təcili “iclas” keçiriblər.

Maraqlı məqam isə budur ki, separatçılar həmçinin Rusiyanı qeyri-rəsmi formada təhdid etməyə başlayıblar. Belə ki, separatçı rejimin mətbuat orqanları öz mənbələrinə istinadən Laçın dəhlizində rentgen-skanerlərin yerləşdiriləcəyi halda Rusiya sülhməramlılarının beynəlxalq sülhməramlılarla əvəz edilməsi məsələsinin gündəmə gətiriləcəyi haqqında məlumat yayıblar. Bununla bağlı separatçı rejimin “parlament”ində prosesin aparıldığı da vurğulanıb.

İlkin
Globalinfo.az