sadiq zerbeliyev

Tanınmış qoşanağara ustası, Xalq artisti Sadıq Zərbəliyev xəstələnib.

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə Xalq artistinin Xətai Tibb Mərkəzində müalicə aldığı bildirilib.

Məlumata görə, o, terapiya şöbəsində müalicə alır. Bir neçə gün xəstəxanada qalan musiqiçinin vəziyyətinin artıq normala döndüyü qeyd edilib.

Xalq artisti xəstəxanaya gələrkən halının pis olduğunu, indi özünü yaxşı hiss etdiyini deyərək, həkimlərə təşəkkürünü bildirib.

62a8bab5 538f 4f95 a9a4 d151dba90bc5 1732776520

Paylaş: