scale 1200 10

Ukrayna Prezidenti Volodimir Zelenski Prezident İlham Əliyevi və Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna lideri özünün “X” hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“Prezident İlham Əliyevi və qardaş Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizin ənənələrinizin gücü, ləyaqətiniz, birliyiniz və ölkəni qurmuş, onun müstəqilliyini qorumuş nəsillərə dərin ehtiramınız həqiqətən ilhamvericidir. Ukrayna daim sizinlədir. Azərbaycana sülh, davamlı inkişaf və rifah arzulayıram”.

5

Paylaş: