Viktor Orban Azərbaycana gəldi – FOTO / YENİLƏNİB

Macarıstanın Baş naziri Viktor Orban noyabrın 23-də Azərbaycana işgüzar səfərə gəlib.

Globalinfo.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir Viktor Orbanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

***14:37

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə yola düşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Baş nazirin ofisindən bildirilib.

Qeyd olunub ki, o, İsveçrəyə səfərindən sonra Azərbaycan Prezidentinin dəvəti ilə noyabrın 25-də BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) konfransında iştirak etmək üçün Bakıya səfərə yola düşüb. Konfransdan əvvəl Baş nazir Viktor Orbanın Azərbaycan Prezidenti ilə ikitərəfli danışıqlar aparacağı gözlənilir.