PQASuhDhbImwI2lb6rBBCUSdDAl3RjzDePnK9ew3 1200

44 günlük Vətən müharibəsində şəhid olan Rəsul Həşim oğlu Sadıqovun anası Elnarə xanım vəfat edib.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat verilib.

Bildirilib ki, o, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

4ODPc2aojlqbUVSPV3N0c81glZuUMMORuiVWoCCC 640

Xatırladaq ki, R.Sadıqov 2001-ci il martın 3-də Bakı şəhərində dünyaya gəlib.

44 günlük Vətən müharibəsində könüllü olaraq iştirak edib. 2020-ci il oktyabrın 10-da Ağdərə, Suqovuşan, Murov yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

O, ölümündən sonra müxtəlif medallarla təltif olunub.

Paylaş: