1766310517 pasinyan 2025

Ermənistan Atom Elektrik Stansiyasının istismar müddətinin 2046-cı ilə qədər uzadılması planlaşdırılır.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlama verib.

Onun sözlərinə görə, stansiyanın istismar müddətinin əvvəlcə 2036-cı ilə qədər uzadılması nəzərdə tutulub, bundan sonra isə əlavə 10 illik uzadılma ilə 2046-cı ilə qədər fəaliyyət göstərməsi planlaşdırılır.

Paşinyan bildirib ki, həmin müddət ərzində ölkədə yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı yekun qərar qəbul edilməlidir.

Qeyd edək ki, 2023-cü ildə “Rosatom Service” və “Ermənistan Atom Elektrik Stansiyası” QSC arasında stansiyanın istismar müddətinin 2036-cı ilə qədər uzadılması barədə müqavilə imzalanıb. Hazırda əlavə 10 illik uzadılma ilə bağlı işlərin davam etdiyi bildirilir.

Tahir Turan
Globalinfo.az

Paylaş: