rza iran 900x537 1

İranda davam edən etiraz aksiyaları fonunda bir məqam xüsusi ilə diqqət çəkir. Belə ki, İranın keçmiş şahı Rza Pəhləvinin oğlu Məhəmməd Rza Pəhləvi yenidən aktivləşib. Ekspertlər iddia edir ki, bu proses əslində onun yenidən hakimiyyətə qayıtması üçün hazırlanmış bir plandır. Bu iddialar ictimaiyyət arasında böyük maraq doğurur, lakin onların reallıqla nə qədər uzlaşdığı ciddi suallar yaradır.

İranın mövcud siyasi sistemi, xalqın sosial və dini yaddaşı və güclü hakimiyyət strukturu fonunda şahın oğlunun taxta qayıtması praktik olaraq mümkündürmü? İran cəmiyyəti və mövcud iqtidar keçmiş şah rejimini qəbul edə bilərmi?

Globalinfo.az-a danışan müstəqil ekspert Çingiz Məmmədov deyib ki, bu, insanların narazılığına səbəb olan iqtisadi-siyasi və idarəetmə-ideoloji böhrandır:

“İqtisadi mexanizm pozulub, sosial müdafiə sistemi işləmir, islam dövlət modeli hörmətdən düşüb, dindarlar ölkəni əvvəlki tək idarə edə bilmir. Bu, obyektiv prosesdir və bütün İrana aiddir.

Amma bu böhranın üzərinə ikinci, subyektiv və məkrli plan da qurulub. Bu plan əsasən kənardan idarə edilir, eyni zamanda içəridən fars şovinistləri tərəfindən dəstəklənir və məqsəd son şahın oğlu Rzanı hakimiyyətə gətirməkdir. ABŞ və Qərb, Türkiyə, Səudiyyə Ərəbistanı və bir sıra digər müsəlman dövlətləri, həmçinin Azərbaycana əlavə təsir imkanı əldə etmək üçün İranı idarə olunan, marionet monarxiyaya çevirmək istəyirlər.

cingiz 121 e1748006496800
Çingiz Məmmədov

Buna görə bütün vasitələrlə Rzanın təbliğatı aparılır, Pəhləvilər dövrü əhaliyə yaxşı dövr kimi təqdim edilir, Rzanı hakimiyyətə gətirmək üçün şərait hazırlanır. Cənub bölgələrində yaşayanlar bunu hiss edir və hələlik açıq şəkildə hərəkət etmirlər. Gücü ikinci mərhələyə saxlamaq lazımdır.

Xamenei və dindarların hakimiyyətdən getməsi məsələsi gündəmə gəldikdə isə, İran daxilində insanlar öz haqlarını tələb etməlidirlər. Vaxtından əvvəl “yansalar”, məşrutə dövrü, Pişəvəri hərəkatı və İslam İnqilabı kimi proseslərdən istifadə edilərək sonra onları yarıda qoymaq ehtimalı var”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: