“Şimali Atlantika Alyansına (NATO) üzv ölkələr silahlarla daha sürətli təchizatı təmin etmək üçün hərbi-texniki strategiyalarını dəyişirlər”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Roskongress” Fondunun “Miqyaslılıq və əlçatanlıq: NATO və müttəfiqlərinin hərbiləşdirilməsinə yeni yanaşma” adlı hesabatında qeyd olunub.
“Roskongress” ABŞ-ın silah tədarükü planlarını və Parisdə keçirilən Eurosatory 2026 beynəlxalq sərgisini təhlil etdikdən sonra bu qənaətə gəlib.
Qeyd olunur ki, Alyans ayrı-ayrı, bahalı və yüksək texnologiyalı silah sistemləri əvəzinə, bütün komponentlərin ucuzlaşdırılmasına, eləcə də mülki texnologiyalardan və ikili təyinatlı məhsullardan istifadəyə üstünlük verir.
Fondun fikrincə, bu strategiya son məhsulun qiymətini aşağı salmaqla və istehsal müddətini qısaltmaqla yanaşı, istehsal həcmini də sürətlə artırmağa imkan verir.
“Perspektivdə bu, quru, dəniz və hava bazalı uzaqmənzilli hücum silahları ilə qoşunların sürətlə və kütləvi şəkildə təchiz olunmasına gətirib çıxarır”, – deyə fonddan bildirilib.
Günay Rəsulqızı
Globalinfo.az