Vardanyanın Xankəndidən gizli yolla qaçmasının pərdəarxası – Putin nə istəyib?

Ruben Vardanyanı Moskvadan Qarabağdakı daxili problemlərin “müzakirə”si və “yaranan situasiyadan çıxış yolunu tapmaq” üçün çağırıblar.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Hraparak” qəzeti yayıb.

Lakin nəşr Vardanyanın məhz bu məsələyə görə çağırıldığına dair iddiaya şübhəli yanaşıb.

Digər tərəfdən isə “Hraparak” Araik Arutyunyanın Vardanyandan öncə Moskvaya etdiyi “səfər”lə bağlı maraqlı detallar açıqlayıb. Belə ki, Arutyunyanın Moskvada kifayət qədər yüksək səviyyədə qəbul edildiyi iddia edilib:

“Vladimir Putinlə İrəvanda (KTMT sammiti zamanı nəzərdə tutulur. Bu iddia hələ də təsdiqlənməyib – red.) görüşdən sonra Kremldə Araikə ona daha çox güvənirlər. Moskvadakı görüşdən sonra ona, demək olar ki, açıq mətnlə “əgər Vardanyan mane olursa, qovun, onu biz təyin etməmişik” deyiblər. Arutyunyanın tərəfdarları deyirlər ki, o, Moskvadan kifayət qədər xoş əhvali-ruhiyyədə qayıdıb. İndi Vardanyan Moskva ilə münasibətlərini aydınlaşdırır. Geri qayıtdıqdan sonra onun könüllü formada istefaya gedəcəyi istisna edilmir”.

Qeyd edək ki, Arutyunyanın Moskva “səfər”i təxminən 1 həftə davam edib. Onun geri qayıtmasından az sonra Vardanyan gizli formada Moskvaya yollanıb.

İlkin Həsənov
Globalinfo.az