Ursula fon der Leyen korrupsiyada ittiham olunur

Fransa “Vətənpərvərlər” partiyasının rəhbəri Florian Filippo Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayenin korrupsiya işində ifşa olunduğunu bildirib.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, Filippo, fon der Lyayenin qohumbazlıq və partiya üzvü Markus Piperin AK-də vəzifəyə təyin edilməsinə görə cinayət başında tutulduğu barədə “Liberation” məqaləsinə bu cür reaksiya verib.

KİV-in məlumatına görə, AK rəhbəri Pipperi təyin etmək üçün xüsusi olaraq Avropa Komissiyasında kiçik və orta sahibkarlıq üzrə səfir vəzifəsini yaradıb.

Siyasətçi qeyd edib ki, Aİ heç bir nəzarət və tarazlıq sistemi olmayan, külli miqdarda pulu mənimsəyən və nəhəng səlahiyyətlərə malik olan dərin korrupsioner sistemdir.

Bununla bağlı Filippo bir daha Fransanı Aİ-dən çıxmağa çağırıb.