photo 2025 10 05 19 41 00

ABŞ-ın Şimali Karolina ştatında “İrina qanunu” qəbul edilib. Qanunun adı psixi problemləri olan cinayətkar tərəfindən öldürülən ukraynalı miqrant İrina Zarutskadan götürülüb.

Globalinfo.az xəbər verir ki, qanun qubernator Coş Ştayn tərəfindən imzalanıb və bir sıra zorakı cinayətlər və təkrar cinayət törədənlər üçün nağdsız zamin ödənişini qadağan edir.

İndi həbs olunanlar azad edilməzdən əvvəl psixoloji müayinədən keçməlidirlər.

Qanun həm Demokratlar, həm də Respublikaçılar tərəfindən dəstəklənib. Qanunun müəllifləri bildirir ki, məqsəd cəmiyyəti yüksək zorakılıq riski olan şəxslərdən qorumaqdır.

Xatırladaq ki, 23 yaşlı İrina Zarutska bu ilin avqust ayında 34 yaşlı ABŞ vətəndaşı tərəfindən ictimai nəqliyyatda bıçaqlanaraq öldürülüb. Qətli törədən şəxsin hadisədən bir qədər əvvəl qanunu pozduğu, lakin zaminə buraxıldığı məlum olub.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: