Ukrayna Silahlı Qüvvələri gün ərzində Rusiya Ordusunun şəxsi heyəti və hərbi texnikası yerləşən ərazilərə altı hava zərbəsi endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumatda qeyd edilib ki, “Orlan-10” tipli bir PUA vurulub.
Həmçinin qeyd edilir ki, raket və artilleriya bölmələri canlı qüvvə, silah və hərbi texnikanın cəmləşdiyi dörd ərazini, düşmənin sursat anbarını, həmçinin bir RLS-i vurub.