“Rusiyaya təhdidlərinə güzgü effekti ilə cavab veriləcək”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi axşam videomüraciətində deyib.
“Biz Rusiya təhdidlərinə və çağırışlarına eynilə cavab verəcəyik. Onlar – Rusiyada – Ukraynaya qarşı etdiklərinin nəticələrini açıq şəkildə hiss etməlidirlər. Bu, baş verəcək”, – deyə Zelenski vurğulayıb.
O əlavə edib ki, Ukraynanın cavabı təkcə siyasi yox, həm də hərbi texnologiyalarla veriləcək.
“Zərbə dronları, ballistik və qanadlı raketlər – hamısı işə düşəcək”, – Zelenski bildirib.
Aysel Əliyeva
Globalinfo.az