korona 34

Ukraynada koronavirusun yeni ştamı aşkarlanıb.

Globalinfo.az TASS-a istinadən xəbər verir ki, ötən ay “SARS-CoV-2” koronavirusunun “FLiRT” subvariantına yoluxma üzrə üç hal aşkar edilib.

Bildirilib ki, yoluxma halının ikisi Kiyevdə, biri İvano-Frankovsk vilayətində qeydə alınıb.

Qeyd edək ki, ötən ay “SARS-CoV-2” koronavirusunun “FLiRT” adlı yeni subvariantına yoluxma üzrə ilk hallar qeydə alınıb.

Ukraynada “SARS-CoV-2” virusunun ümumilikdə 10 ştamı dövr edir. Bunlar “Omicron” variantının müxtəlif subvariantlarıdır. İyulun sonunda Kiyev rəsmiləri koronavirusa yoluxma hallarının əhəmiyyətli dərəcədə – iyun ayı ilə müqayisədə təxminən 4,5 dəfə artdığını bildiriblər.

Paylaş: