Ukraynada kişilərin hərbi qeydiyyata alınması prosesini avtomatlaşdıran yeni “Obereg” sistemi istifadəyə verilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Kiyev24” telekanalı teleqram səhifəsində məlumat yayıb.
Hüquqşünas Yuriy Tanasiyçukun sözlərinə görə, artıq 17-25 yaş arası bütün kişilər istisnasız olaraq hərbi komissarlıqların məlumat bazasına daxil edilir.
Yeni sistemin əsas xüsusiyyəti ondan ibarətdir ki, vətəndaşın hərbi komissarlığa şəxsən müraciət etməsinə ehtiyac qalmır – müvafiq məlumatlar dövlət informasiya bazalarından avtomatik şəkildə sistemə ötürülür.
Eyni zamanda, iyulun əvvəlində əsirlikdən qayıdan bir sıra ukraynalı əsgərlərin yenidən silahlı qüvvələrə səfərbər olunduğu da qeyd edilib.
Tahir Turan