MAIN 1980

Ukraynada Rusiyanın zərbəsi nəticəsində dağıntılar altından bir yaşlı uşağın cəsədi tapılıb.

Globalinfo.az “Amerikanın Səsi”nə istinadən xəbər verir ki, xilasetmə işçiləri Ukraynanın mərkəzində Krıvıy Rığ şəhərində Rusiyanın raket zərbəsi nəticəsində dağılan yaşayış binasının altından bir yaşlı oğlanın cəsədini çıxarıblar.

Kreml bildirir ki, Rusiyanın Ukraynanın infrastrukturuna endirdiyi uzun mənzilli zərbələr prezidenti Vladimir Putin Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin necə irəliləyəcəyi ilə bağlı təklifləri müzakirə etmək üçün silahlı qüvvələrin komandirləri ilə görüşləri yekunlaşdırdığı bir vaxta təsadüf edib.

Britaniyanın Müdafiə Nazirliyi şənbə günü bildirib ki, “Son günlərdə Rusiyanın Ukraynanın kritik milli infrastrukturuna qarşı uzun-mənzilli zərbələrdə artım müşahidə olunur.”

Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiya koordinatoru Con Kirbi cümə günü Amerikanın Səsinə bildirib ki, ABŞ Ukraynaya əlavə təhlükəsizlik yardımı edəcək.

Vaşinqtonun Rusiyanın Ukraynanı qabaqcıl Patriot hava hücumlarından müdafiə raketlərini təmin etməməsi, əks təqdirdə bunun nəticələri ilə üzləşəcəyi ilə bağlı xəbərdarlıqlarını nəzərə alıb-almayacağı ilə bağlı sualına cavab olaraq, Kirbi “Rusiya nə ABŞ-a nə də başqa bir ölkəyə bizim Ukraynaya nə cür təhlükəsizlik yardımı verəcəyini diktə edə bilməz” deyib.

ABŞ rəsmisi deyib ki, Vaşinqton “ukraynalılarla bir addımlayırıq, demək olar hər gün onlarla ehtiyacları barədə danışırıq və həmin ehtiyacları ən yaxşı şəkildə qarşıladığımızdan əmin oluruq.”

Kirbi deyib ki, Vaşinqton diqqətini Ukraynaya Prezident Zelenskinin münasib hesab etdiyi yolla döyüş meydanında uğur qazanmağa yardım etməyə yönəldib. O bildirib ki, ABŞ Ukraynaya ərazisini necə müdafiə etməli olduğunu diktə etmir.

Zelenski cümə günü video müraciətində deyib ki, Rusiyanın elə həmin gün Ukraynanın elektrik şəbəkəsinə endirdiyi zərbə kimi kütləvi zərbələr üçün hələ də kifayət qədər raketləri var.

Cümə axşamı Rusiyanın xarici işlər nazirliyi xəbərdarlıq edib ki, əgər ABŞ Ukraynaya qabaqcıl Patriot hava hücumundan müdafiə raketləri göndərsə, Moskva bunu “təxribatçı addım” hesab edəcək və bu, Kremlin cavab tədbiri görməsinə gətirib çıxara bilər.

Nazirliyin sözçüsü Maria Zaxarova Moskvanın cavabının nə olacağını deməsə də, bildirib ki, ABŞ Rusiyanın xəbərdarlıqlarından “doğru nəticələr” çıxarmalıdır.

Paylaş: